"İnter"in daha bir futbolçusu "Anji"nin radarına düşdü

"İnter"in daha bir futbolçusu "Anji"nin radarına düşdü
XƏBƏR 24 Noyabr 2011 / 02:15 2301
-  A +

Bu mövsüm transferləri ilə diqqət çəkən Rusiyanın "Anji" klubunun sahibi Süleyman Kərimov növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, daha öncə "İnter"dən Samuel Eto'Onu heyətinə qatan Mahaçqala təmsilçisi bu dəfə komandanın müdafiəçisi Lusionu transfer etmək niyyətindədir.

Kərimov braziliyalı futbolçu üçün 10 milyon avro ödəməyə hazır olduğunu bildirib. 33 yaşlı futbolçunun da Rusiyadan gələcək təklifləri müsbət qarşılayacağı iddia olunur.

Qeyd edək ki, "Anji" rəhbərliyi növbəti mövsüm üçün daha bir neçə tanınmış futbolçunu heyətinə qatmağı planlaşdırır.

Daha çox


Son xəbərlər