Azərbaycanlı azarkeşlərin İranda məhkəməsi keçirilib

Azərbaycanlı azarkeşlərin İranda məhkəməsi keçirilib
XƏBƏR 24 Noyabr 2011 / 01:25 1615
-  A +

Təbrizin “Traktorsazi” futbol komandasının 12 azarkeşinin məhkəmə prosesi keçirilib.

Qol.Az-ın məlumatına görə, Soyuqbulaq Azad İslami Universitetində nəşr olunan “Bulud” dərgisinin baş redaktoru Həmid Qurbanəlizadə, Əmin Kütahi, Vəhid Fərisi, Behnam Əlizadə, Yaşar Abbasi, Haşim Mahmudi və başqaları ümumi asayişi pozmaqda günahlandırılırlar. Hakim Həqiqinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər özlərini müdafiə ediblər.

Qeyd edək ki, azərbaycanlı azarkeşlər avqustun 25-də Təbrizin “Səhənd” stadionunda keçirilmiş “Traktorsazi” – “Şəhrdari” matçından sonra həbs olunublar. Onlar Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq stadionun girişinə simvolik su dolu qablar qoyublar.

Daha çox


Son xəbərlər