Millimizin DÇ-2014-də keçirəcəyi oyunların vaxtı müəyyənləşdi

Millimizin DÇ-2014-də keçirəcəyi oyunların vaxtı müəyyənləşdi
XƏBƏR 24 Noyabr 2011 / 00:53 2304
-  A +

Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, yığmamız 2012-ci ildə ilk görüşünə sentyabrın 7-də çıxacaq.

Dörd gün sonra sentyabrın - 11-də növbəti matçına çıxacaq millimiz oktyabr ayında da iki oyun keçirəcək. Oktyabrın 12-si və 16-da növbəti oyunlarını keçirəcək yığmamız bununla da 2012-ci ildəki çıxışını başa vuracaq.

Milli komandamız 2013-cü ildə isə növbəti oyunlarını martın 22 və 26-sı, iyunun 7 və 11-i, sentyabrın 6 və 10-u, nəhayət oktyabrın 11 və 15-də keçirəcək.   

Qeyd edək ki, F qrupunda qərarlaşan Azərbaycan millisi Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq. Seçmə mərhələdəki oyunların təqviminə isə sabah aydınlıq gələcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner