Amit Quluzadə 1 dəqiqə oynadı, komandası qələbə qazandı

Amit Quluzadə 1 dəqiqə oynadı, komandası qələbə qazandı
XƏBƏR 23 Noyabr 2011 / 18:45 1980
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin “Kayseri Ərciyəsspor” klubu Bank Asya liqasında növbəti görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi öz meydanında “Adanaspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Amit matçın 90-cı dəqiqəsində meydana daxil olaraq Sərkanı əvəzləyib.

Daha çox


Son xəbərlər