Yarımçıq dayandırılan oyun boş tribunalar qarşısında keçiriləcək

Yarımçıq dayandırılan oyun boş tribunalar qarşısında keçiriləcək
XƏBƏR 23 Noyabr 2011 / 18:24 1768
-  A +

La Liqanın son turunda yarımçıq dayandırılan "Qranada" - "Malaqa" matçının yenidən keçirilməsinə qərar verilib.

Qol.Az-ın məlumatına görə, bu haqda qərarı İspaniya Futbol Federasiyasının İntizam Komitəsi çıxarıb.

Lakin həmin görüş boş tribunalar qarşısında keçiriləcək. İntizam Komitəsi eyni zamanda "Qranada" klubunu 6 min avro dəyərində cəzlandırıb.

Qeyd edək ki, La Liqanın son turunda keçirilən "Qranada" - "Malaqa" (2:1) matçının 67-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən yan xətt hakiminə çətirin atılması oyununun yarımçıq dayandırılmasına səbəb olmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner