Dünən “Neftçi” klubu bəyanat yayaraq komandanın Premyer Liqa və kubok oyunlarına xarici hakimlərin təyin edilməsi barədə təkliflə çıxış edib. Qol.Az saytı bununla bağlı bir neçə klub nümayəndəsindən münasibət öyrənib.
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov müxbirimizə söhbətində belə bir təklifin qəti əleyhinə olduğunu deyib: “Neftçi”nin oyunlarına xaricdən hakimlərin gətirilməsi ilə bağlı təklifini başa düşmək olar. Hakimliyin bugünkü vəziyyətinə görə biz də istəyərik ki, xaricdən referilər gətirilsin. Amma yalnız “Qəbələ”ni, yaxud “Neftçi”ni düşünmək düzgün deyil. Əgər burda Azərbaycan futbolunun imicindən söhbət gedirsə, bu fikrin qəti əleyhinəyəm. Hamılıqla çalışmalıyıq ki, hansı yolla olursa-olsun, hakimliklə bağlı mənfi halları aradan qaldıraq. Əgər hər hansı bir əcnəbi hakim Azərbaycan futbolunun imicinə xələl gətirəcəksə, buna ehtiyac görmürəm”.
F.Nəcəfov təklif edib ki, xaricdən hakimlər gəlib öz məsləhətləri ilə yerli referilərimizə kömək etsinlər: “Xaricdən hakimləri dəvət etmək olar ki, gəlib burada müəyyən seminarlarda iştirak etsinlər. AFFA-nın Hakimlər Komitəsində müəyyən vəzifələrdə xarici referilərin çalışması mümkündür. Onlar öz məsləhətləri ilə hakimlərə öz köməklərini edə bilərlər. Ümumiyyətlə isə Azərbaycan futbolunun imicini fikirləşərək bu məsələnin qəti əleyhinəyik. “Qəbələ” ölkə çempionatında hər hansı bir uğur qazanacaq deyə biz futbolumuza xələl gətirə bilmərik axı. Əgər Tofiq Bəhrəmov kimi hakimin vətəninə xaricdən hakimlər gəlib oyun idarə edəcəksə, bu biabırçılıq olacaq. Bu biabırçılığın baş verməməsi üçün gərək müəyyən işlər görülsün”.
“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl də bəyanatla bağlı Qol.Az saytına öz fikrini bildirib: “Əgər Azərbaycan futbolunu inkişaf etdirmək istəyiriksə, yerli hakimlərə güvənməliyik. Biz “Qarabağ” klubu olaraq bunu dəfələrlə bildirmişik. Əcnəbi hakimlərin oyunları idarə etməsinin qəti əleyhinəyik”.
“Xəzər Lənkəran” klubu isə Azərbaycanda yetərincə gənc və istedadlı hakimlərin olduğu düşüncəsindədir: Klubun vitse-prezidenti Tuyqun Nadirov hesab edir ki, əcnəbi hakimlərə ehtiyac yoxdur: “Xəzər Lənkəran” klubu hesab edir ki, Azərbaycanda yetərincə gənc və istedadlı hakim var. Bizim də vaxtilə belə bir istəyimiz olmuşdu. Təklif etmişdik ki, derbi matçlara xaricdən hakimlər dəvət edilsin. “Neftçi”nin bəyanatına gəlincə, bu, klubun şəxsi fikridir. Biz bu məsələyə qarışmaq istəmirik”.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı