Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə dünya çempionatına yekun vurulub. Azərbaycan Pauerliftinq Federasiyasından Qol.Az-a verilən məlumata görə, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışda yığmamız federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 atletlə təmsil olunub və onlardan üçü qızıl medal qazanıb.
Həmvətənlərimizdən gənclər arasında 100 kq çəkidə çıxış edən Hafiz Verdiyev ləvazimatların köməyi ilə 3 hərəkətin cəmində 900 kq ağırlığın öhdəsindən gələrək bütün rəqibləri üçün əlçatmaz olub. Yeniyetmə idmançımız Cavidan Ramazanov isə ləvazimatsız 100 kq-da 380 kq ağırlığı ram edib. Bu isə ona fəxri kürsün ən yüksək pilləsinə qalxmaq üçün yetərli olub.
Xatırladaq ki, daha öncə yeganə qadın idmançımız, 56 kq-da çıxış edən Rəna Əliyeva ləvazimatla 290 kq nəticə göstərməklə qızıl medal qazanmışdı. Bundan başqa 2 idmançımız da fəxri kürsüyə yaxın olub – Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq, Eldar Məmmədov isə həmin çəkidə ləvazimatla 830 kq qaldıraraq 4-cü yerlə kifayətlənib.
Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif edilib. Yeri gəlmişkən, Ələddin Əliyevin sözlərinə görə, 2013-cü ildə dünya çempionatının ölkəmizdə keçirilməsi üçün namizədliyimizi irəli sürüb. Yekun qərar gələn il Las-Veqasda keçiriləcək mundial zamanı veriləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı