Azərbaycan millisinin rəqibləri bəlli oldu

XƏBƏR 23 Noyabr 2011 / 12:53 1623
-  A +

2012-ci il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçiriləcək XXIV ənənəvi beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan millisinin rəqibləri bəlli olub.

Qol.Az-ın Rusiya Futbol İttifaqının saytına istinadən yaydığı məlumata görə, 1994-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Komandamız bu qrupda Çin və Finlandiya ilə görüşəcək.

А qrupu:  Rusiya, Belarus, Litva
В qrupu:  Çin, Finlandiya, AZƏRBAYCAN
С qrupu:  İtaliya, Yunanıstan, Ukrayna
D qrupu:  Çexiya, Türkiyə, Latviya

Daha çox


Son xəbərlər