İngiltərə Premyer Liqasının nümayəndəsi Bakıya gəlib

XƏBƏR 30 Mart 2009 / 12:57 2417
-  A +

AFFA ilə İngiltərənin «UK Sport» şirkəti arasında aparılmış danışıqlar nəticəsində mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində İngiltərə Premyer Liqasının texniki monitorinq üzrə mütəxəssisi Beri Noyels Bakıya səfər edib. Qol.Az-ın AFFA-nın rəsmi aytına istinadın verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Beri Noyels arasında görüş keçirilib. Görüşdə Azərbaycan futbolunun hazırkı vəziyyəti və inkişaf pespektivləri barədə danışılıb, səmərəli müzakirələr aparılıb.
Qeyd edək ki, Beri Noyels 1998-ci ildən etibarən UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, İngiltərə Futbol Assosiasiyasında istedadların müəyyənləşdirilməsi üzrə mütəxəssis, «Çester Siti» klubunda gənclərdən ibarət komandanın meneceri, «Bləkpul» klubunda gənclərin inkişafı şöbəsinin müdiri, Kumbrian Akademiyasında məşqçi-təlimatçı vəzifələrində çalışıb.

Son xəbərlər