"Ronaldo ilə Messi arasında heç bir fərq yoxdur"

"Ronaldo ilə Messi arasında heç bir fərq yoxdur"
XƏBƏR 23 Noyabr 2011 / 02:11 2195
-  A +

"Milan" klubunun yarımmüdafiəçisi Klaren Sidorf Lionel Messinin Kriştiano Ronaldodan üstün futbolçu olması fikri ilə razılaşmayıb.

Qol.Az-ın məlumatına görə, hollandiyalı futbolçu iki futbolçu arasında heç bir fərqin olmadığını bildirib:

"Messi "Barselona"da yüksək səviyyədə çıxış edir və hər oyunda öz formasını qoruyur. Lakin Ronaldonu da yaddan çıxarmaq olmaz. Onun da "Real"dakı çıxışı göz qabağındadır. Düşünürəm ki, bu iki futbolçu arasında heç bir fərq yoxdur".

Qeyd edək ki, Sidorfun komandası Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində bu axşam "Barselona" ilə qarşılaşacaq.

 

Daha çox


Son xəbərlər