“Berti Foqtsun Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyətini qənaətbəxş sayıram. Hesab edirəm ki, o, növbəti müddətə də postunda qalmalıdır”. Bunu Lent.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mirkamil Rəhimov deyib.
Rəhimovun fikrincə, AFFA İK-nın növbəti iclasında Foqtsla müqavilənin uzadılma məsələsi müsbət həllini tapa bilər. Hər halda, İK üzvü almaniyalı mütəxəssisin yığmamızda qalmasına səs verəcəyini deyib: “Foqtsun rəhbərliyi altında yığmamız son seçmə mərhələdə əvvəlkilərdən daha çox - 7 xal yığıb. Növbəti tsikldə toplanan xallar bundan da çox ola bilər. Bu gün Foqtsun əlinin altında lazımi material yoxdur ki, güclü komanda yaratsın. Etiraf etməliyik ki, idmançılarımız komanda növlərində çox əziyyət çəkirlər. Yığma səviyyəsində zəifik. Futbolçu yetişdirməyə vaxt lazımdır. Hazırda bu istiqamətdə işlər görülür. “Qəbələ”, “Bakı” klublarında uşaq futboluna göstərilən diqqət və qayğı ilə şəxsən tanışam. Bu işlərin nəticəsi bir neçə ildən sonra əyani şəkildə görünəcək”.
İK üzvü Foqtsa yaradılan şəraitin əvvəllər millimizə rəhbərlik etmiş yerli baş məşqçilərə də yaradıldığını iddia edib: “İndiyədək yığmamızda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev, Şahin Diniyev və digər yerli mütəxəssislər çalışıblar. Onlar üçün də istədikləri şərait yaradılıb. Sadəcə, bəlkə də daha artığını tələb etməyin gərəkliyini bilməyiblər. Vaxtilə yığmamız yoldaşlıq görüşü keçirməyə rəqib tapmaqda belə çətinlik çəkirdi. Çünki o vaxt millimiz zəif idi”.
Qeyd edək ki, Mirkamil Rəhimov həm də Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiridir. Lakin o, nazirliyin mövqeyindən yox, İK-da təmsil olunan şəxs kimi danışdığını bildirib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı