Lippi: "Balotelli İtaliya formasını haqq etmədi"

Lippi: "Balotelli İtaliya formasını haqq etmədi"
XƏBƏR 23 Noyabr 2011 / 01:13 1692
-  A +

İtaliya milli komandasının baş məşqçisi Marçello Lippi 2010-cu ildə CAR-da keçirilən dünya çempionatına Mario Balotellini aparmamasının səbəbini açqıalyıb.

Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Balotellinin həmin vaxt İtaliya formasını haqq etmədiyini bildirib:

"Balotellini dünya çempionatına aparmalı deyildim. Çünki o, İtaliya formasını haqq etmədi. Ona görə də bu addımımı düzgün hesab edirəm. Balotellinin gələcəkdə yaxşı futbolçu olacağı bəlli idi. Ancaq bir futbolçunun yalnız gələcəyini düşünərək yığmaya çağıra bilməzdim". 

Daha çox


Son xəbərlər