Hiddink: "Yenidən Abramoviçlə işləmək istəyirəm"

Hiddink: "Yenidən Abramoviçlə işləmək istəyirəm"
XƏBƏR 23 Noyabr 2011 / 00:45 1525
-  A +

AÇ-2012-nin "play-off" mərhələsindən sonra Türkiyə milli komandası ilə yollarını ayıran Quus Hiddink hələ də işsizdir.

Qol.Az-ın məlumatına görə, adı daha çox "Anji" klubu ilə hallanan Hiddink Rusiya mətbuatına verdiyi açıqlamasında yenidən "Çelsi"yə qayıda biləcəyini bildirib:

"Hazırda klubsuzam və ola bilsin ki, yenidən "Çelsi"yə qayıdım. Londona gedəndə "Çelsi"nin sahibi Roman Abramoviç məni çox səmimi qarşılayır və yola salırdı.

Onunla çalışarkən çox xoşbəxt idim. Kim bilir, bəlkə də yenidən onunla birgə çalışdım. Açığı, Abramoviçlə işləmək istəyirəm. Ancaq hələlik karyeram barədə qəti qərarımı verməmişəm".

Daha çox


Son xəbərlər