“İnter”in qapıçısı Giorgi Lomaya “Qarabağ”la keçirilən oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən gürcüstanlı qapıçı AZAL ilə baş tutacaq görüş barədə fikirlərini bölüşüb:
- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik...
- “Qarabağ”la oynamaq həmişə çətindir, təkcə bizə deyil, digər komandalara da çətin olub. Düşünürəm ki, bazar günü baş tutmuş oyunun nəticəsi qanunauyğundur. Hər iki komandanın hesabı açmaq şansları yarandı, lakin heç-heçə hər halda ədalətli nəticə oldu.
- Son zamanlar “Qarabağ”ı “İnter” üçün ən çətin rəqib adlandırmaq olar. Artıq 5 oyundur ki, "İnter" ağdamlıların qapısına yol tapa bilmir. Bu barədə nə düşünürsən?
- Doğrusu, neçə oyundur “Qarabağ”ın qapısında top keçirə bilmədiyimizi hesablamamışam, lakin hər seriyanın sonu olur. Əgər əvvəlki oyunlarda qol vura bilməmişiksə, deməli, növbəti oyunda mütləq qol vurarıq.
- Amma heç-heçə “İnter”i turnir cədvəlində 2-ci pilləyə yüksəltdi...
- Əsas odur ki, biz irəliyə doğru addımlayırıq. Bütün komandalarla belə ruhda oynamağı davam etdirsək, o zaman əminəm ki, mövsümün sonunda bizi yaxşı nəticə gözləyəcək.
- “İnter”in çətin oyunlar seriyası davam edir və qarşıda komandanı AZAL ilə matç gözləyir. Bu komandayla keçiriləcək oyun barədə nə deyə bilərsən?
- Bütün oyunlar bizim üçün çətindir. Hətta qalib gəldiyimiz oyunlarda da 3 xal böyük zəhmət hesabına əldə edilir. Autsayderlərlə oyunlarda da yüngül qələbələrimiz olmur. Bizim üçün AZAL-a və ya “Qarabağ”a qarşı oynayacağımızın fərqi yoxdur. Biz bütün rəqiblərə qarşı eyni səviyyədə köklənirik və meydana qələbə ardınca çıxırıq.
- Bu mövsüm çempionat kifayət qədər qalmaqallı alınır. Demək olar ki, hər turda müxtəlif ziddiyyətli hadisələr baş verir. Sənin buna münasibətini bilmək maraqlı olardı.
- Bilirsiniz, bunu şərh etmək istəmirəm. Futbolçuların vəzifəsi meydana çıxmaq və oynamaqdan ibarətdir, digər məsələlərisə başqa şəxslər həll etməlidirlər.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı