Ronaldo: "Messi amili mənim oyunumu dəyişdirə bilməz"

Ronaldo: "Messi amili mənim oyunumu dəyişdirə bilməz"
XƏBƏR 22 Noyabr 2011 / 14:35 1863
-  A +

"Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldo azarkeşlərin "Messi, Messi" qışqırmasının ona heç bir təsir etmədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bütün diqqətini öz oyununa yönəltdiyini və Messi ilə maraqlanmadığını vurğulayıb:

"Azarkeşlər istər Messi qışqırsaınlar, istərsə də sakit dayansınlar. Bunun mənim üçün heç bir fərqi yoxdur. Mən özümü yalnız oyuna kökləyirəm. Messi amili mənim oyunumu dəyişdirə bilməz. Onun haqda heç maraqlanmıram da".

Qeyd edək ki, Ronaldo AÇ-2012-nin Bosniya-Hersoqovina ilə keçirilən "play-off" matçında rəqib azarkeşlərin "Messi, Messi" şüarları ilə qarşılaşmışdı.

Daha çox


Son xəbərlər