Birinci dəstədə hakimləri təhqir etdilər

XƏBƏR 22 Noyabr 2011 / 13:52 1387
-  A +

«Karvan» klubunun futbolçusu Murad Ağakişiyev AFFA-nın İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb.

Qol.Az-ın məlumatına görə, buna Ağakişiyevin “Neftçala” - “Karvan” oyunda hakimləri təhqir etməsi səbəb olub.

Oyunun 71-ci dəqiqəsində Murad Ağakişiyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Bundan başqa, I divizionunun XI turunun “Qarabağ Lökbatan” – “Şahdağ” matçının 52-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.


 

Daha çox


Son xəbərlər