London Olimpiadasına mini-yubkalılar gedir

London Olimpiadasına mini-yubkalılar gedir
XƏBƏR 22 Noyabr 2011 / 01:38 1981
-  A +

2012-ci il London Yay Olimpiya Oyunlarında boks yarışları zamanı zərif cinsin nümayəndələri mini-yubkalarla çıxış edə bilərlər.

Qol.Az-ın məlumatına görə, bu variantın nə dərəcədə mümkünlüyünə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) İcraiyyə Komitəsinin gələn ilin yanvarında keçiriləcək iclasında baxılacaq.

Qadın boksu məhz London olimpiadasında debüt edəcək. Həmin turnirdə 3 dəst medal uğrunda mübarizə gedəcək. Hazırkı qaydalarda idmançıların geyimləri ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulmayıb.

Hələlik qadınların rinqə mini-yubkada çıxmalarına icazə verilir. Məsələn, Rumıniya və Polşa yığmasının üzvləri belə geyimlə döyüşür. İstisna deyil ki, Londondakı olimpiada öncəsi test-turnirdə də mini-yubkalı boksçuları görmək olacaq. Bu qərar qadınları kişilərdən ayırmağın asan olması məqsədilə veriləcək.


Son xəbərlər