“Oyunun videoyazısına baxandan sonra bir daha əmin olduq ki, “Neftçi” komandası məğlub olsa da, oyunda üstün tərəf idi”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov dünən “Qəbələ”yə qarşı keçirilən oyunla bağlı fikirlərini açıqlayarkən Qol.Az-a bildirib.
Konkret mübahisəli hakim qərarlarına görə yaranan narazılıqlarla bağlı Süleymanov bunları deyib: “Qarşılaşmanın 10-cu dəqiqəsində hücumçumuz Bahadır Nəsimov aldadıcı hərəkətlə cərimə meydançasında rəqibi keçərkən «Qəbələ»nin futbolçusu topu əllə bilərəkdən saxladı. Bu epizod mütləq hakim tərəfindən 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirilməli və rəqib futbolçusuna sarı vərəqə verilməliydi. Lakin çox təəssüf ki, penalti verilmədi”.
T.Süleymanov “Neftçi”yə hakimlərin kömək etməsi ilə bağlı iddialara da münasibət bildirib:
“Neftçi” komandasına bu günə qədər köməklik olmayıb. Bizim buna heç ehtiyacımız da yoxdur. Təkcə bu mövsüm bizim bir neçə təmiz qolumuz sayılmayıb, rəqib komandanın futbolçularına qırmızı vərəqələr verilməyib. Bir sözlə, belə məsələləri şişirtməyə ehtiyac yoxdur”.
T.Süleymanov oyunun son dəqiqələrində “Qəbələ”nin qapısına təyin edilən penaltiylə bağlı isə bunları bildirib: “Bunu təkcə “Neftçi” rəsmisi kimi yox, uzun illərin beynəlxalq dərəcəli hakimi kimi deyirəm ki, Ramil Diniyev təcrübəli hakim olsaydı, bu vəziyyətdə penalti verməzdi. Bizə 10-cu dəqiqədə halal olan penaltini versinlər. Qaydalar çərçivəsində nə varsa, ona da riayət etmək lazımıydı. “Neftçi”yə başqa heç nə lazım deyil. Biz Bahadıra qarşı qayda pozuntusuna görə penalti verilməməsini faciəyə çevirmirik. Çünki hakim də səhv edə bilər. Lakin icimai fikri “Neftçi”yə qarşı yönəltmək düzgün deyil. “Neftçi”yə qarşı təzyiqlər bu gün də davam edir. Ölkənin ən köklü klubuna qarşı belə ittihamlara son qoyulmalıdır. Hakim səhvləri istənilən oyunda olur. Həmin Ramil Diniyev və bəzi başqa hakimlər bizim oyunlarda səhvə yol verib, qollarımızı qeydə almayıb. Amma heç kim, o cümlədən biz deməmişik ki, Ramil Diniyev və başqa hakimlər bizim rəqiblərə kömək edib. “Neftçi”nin oyunlarında da hakim səhvlərini göz önünə gətirsinlər və bizə qarşı qərəzli münasibətin qarşını alsınlar. Mən bir daha bəyan edirəm ki, “Neftçi”nin qazandığı təmiz penalti 10-cu dəqiqədə təyin olunmalıydı. Hakimin bu qayda pozuntusunu qeydə almayıb, amma 90-cı dəqiqədə olmayan penaltini verməsi isə onun qərəzinin yox, təcrübəsizliyinin nəticəsidir. Bir daha deyirəm ki, hakimlər son dərəcədə məsuliyyətli olmalıdır. Hakimlik ağır peşədir və onlara bu gün yaradılan yüksək səviyyəli şərait ona imkan verir ki, oyunları yüksək səviyyədə idarə etsinlər. Gənc hakimlər də gecə-gündüz öz üzərlərində çalışmalıdırlar ki, belə prinsipial oyunlardan alnıaçıq çıxsınlar. Çempionatın səviyyəsinin yüksəlməsində hakimlik faktorunun böyük rolu var” - deyə T.Süleymanov bildirib.
T.Süleymanov oyunun sonunda azarkeşlərin meydançaya daxil olmasına da münasibət bildirib: «Təəssüf ki, final fitindən dərhal sonra azarkeşlər meydançaya axışdı. Amma hüquq-mühafizə orqanlarının, yerli və qonaq klubun rəhbərliyinin, məşqçilər korpusu, futbolçu heyəti və mühafizəçilərin səyi nəticəsində böyük bir qalmaqalın qarşısı alındı».
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı