"Trabzonspor"a şad xəbər

"Trabzonspor"a şad xəbər
XƏBƏR 21 Noyabr 2011 / 18:23 2170
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin V turunda öz meydanında "İnter"i qəbul edəcək "Trabzonpsor" şad xəbər alıb.

Qol.Az-ın məlumatına görə, "İnter"in aparıcı yarımmüdafiəçisi Uesli Sneyder Trabzondakı görüşdə iştirak edə bilməyəcək.

Buna səbəb isə hollandiyalı futbolçunun A Seriyasının sonuncu turunda "Kalyari" ilə görüşdə zədələnməsi göstərilir. "Trabzonspor"la oyunda Sneyderi Koutinyonun əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, İtaliyada baş tutan görüşdə "Trabzonspor" rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner