“Deməzdim ki, “Qarabağ” çox zəif çıxış edir. Sadəcə, çempionatımızdakı klublar bu mövsüm güclüdülər. Mən Azərbaycanda hələ indiyə kimi, belə çempionat görməmişdim”.
Bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytının müxbiri ilə söhbətində deyib.
“İnter”lə dünən keçirilən və 0:0 hesabıyla başa çatan oyun haqda danışan Əfran bunları bildirib: “Düşünürəm ki, “İnter” hazırda ən yaxşı formada olan komandadır. Rəqib bizim hücumda təhlükəli olduğumuzu bilərək, daha çox müdafiədə diqqətli oynadı. Qələbə qazanmağı çox istəsək də,buna nail ola bilmədik. Lakin belə güclü komandayla oyunda bir xal qazanmağımız da pis nəticə deyil”.
Ə.İsmayılov dünənki oyun da daxil olmaqla son matçlarda zəif çıxış etməsinə də toxunub: “Bu, hər bir futbolçunun başına gələ bilər. Bilirəm ki, yaxşı formadan bir qədər uzağam. Lakin baş məşqçimiz Qurban Qurbanov mənə dəstək olaraq, narahat olmamağı və məşqlərdə daha səylə çalışmağımı məsləhət gördü. İnanıram ki, yaxın zamanda əvvəlki formamı bərpa edəcəyəm”.
“İnter”lə oyunda Qurban Qurbanovun vaxtında ötürmə etmədiyi üçün Leanardo Roşaya əsəbiləşməsi ilə bağlı Ə.İsmayılov deyib: “Düzü, baş verənləri görmədim. Sonra öyrəndim ki, Roşa topu özündə çox saxlayaraq, bəzi yersiz ötürmələr verib. Bu da baş məşqçinin etirazına səbəb olub. Həqiqətən də, Leanardo Roşada belə bir xasiyyət var. Topu özündə yaxşı saxlamağı bacarsa da, yəqin ki, bunu çox etdiyinə görə Qurban müəllim onun üstünə qışqırdı”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı