Hiddink: "Anji"nin təklifi cəlbedici görünür"

Hiddink: "Anji"nin təklifi cəlbedici görünür"
XƏBƏR 21 Noyabr 2011 / 12:54 1500
-  A +

Türkiyə milli komandası ilə yollarını ayıran Quus Hiddinkin karyerasını Rusiyada davam etdirəcəyi iddia olunur.

Qol.Az-ın məlumatına görə, hollandiyalı mütəxəssis "Anji"nin təklifinin ona çox cəlbedici göründüyün bildirib:

"Rusiyada olan dostlarım məni "Anji"nin təklifi ilə tanış etdilər. "Anji"nin təklifi çox cəlbedici görünür. Onların layihəsi diqqətimi çəkdi. Çünki bu layihə təkcə futbolla bağlı deyil. "Anji"nin yoxsulluq içində yaşayan bölgəyə təsiri də danılmazdır.

Orada xalq üçün də bir şeylər etmək imkanınız olacaq. Ancaq karyeramla bağlı tələsik qərar vermək istəmirəm. Bir qədər zamana ehtiyacım var". 


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə