"Barselona"nın baş məşqçisi "Araz"la oyundan danışdı

XƏBƏR 21 Noyabr 2011 / 11:47 1960
-  A +

"Araz"ı təbrik edirəm. Rəqibimiz sübut etdi ki, mətbuatmızın onun barəsində düşündüyündən dəfələrlə yaxşı komandadır. Xüsusilə, «Araz»ın müdafiəsini qeyd edərdim. Belə oyunlarda böyük hesab olmur. Çünki komandaların səviyyəsi eynidir".

Qol.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə UEFA kubokunun elit-raundunda keçirilmiş «Araz» - «Barselona» (2:2) oyunundan sonra «Barselona»nın baş məşqçisi Mark Karmona səsləndirib.

"Bəli, bu gün bəxt bizim tərəfimizdə idi. Oyunda belə şeylər olur» - deyə o qeyd edib.

Qeyd edək ki, "Araz" 4 xalla qrup ikincisi olub. Birinci yeri isə 7 xal toplayan "Barselona" tutaraq növbəti mərhələyə yüksəlib.

Daha çox


Son xəbərlər