UEFA-nın rəsmi saytı: “Hiddinkin komandası Moskvada çox rahat qələbə qazandı”

XƏBƏR 29 Mart 2009 / 19:18 2544
-  A +

Millimizin dünən Rusiyaya qarşı keçirdiyi matç UEFA-nın rəsmi saytının da nəzərindən yayınmayıb. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı millimizin oyununu bu cür şərh edib: “Roman Pavlyuçenko və Konstantin Ziryanovun dəqiq zərbələri sayəsində Hiddinkin yetirmələri Moskvada çox rahat qələbə qazandılar. Rusiya millisi mundiala birbaşa vəsiqə qazanmağa çalışdığı üçün bu oyunda mütləq qalib gəlməliydi. Artıq üçüncü dəqiqədə Arşavinin rəqib qapıçı Vəliyevi narahat etməsindən sonra məlum oldu ki, Azərbaycanın işi “Lujniki”də heç də asan olmayacaq. Baxmayaraq ki, Berti Foqts əsas üstünlüyü arxa xəttə vermişdi. İlk qol 32-ci dəqiqədə gəldi. Pavlyuçenko qapıçının səhvindən sonra topu qapıdan keçirdi. Qoldan sonra Azərbaycan millisi bir qədər fəallaşsa da, onlar rəqib qapısı qarşısında təhlükə yaratmaqda aciz idilər. Zıryanovun qolu isə onların bütün ümidlərini puç etdi. Foqtsun ikinci hissədə meydana buraxdığı Vaqif Cavadovun fəallağı yalnız qapı dirəyini silkələməyə yetdi. Rusiya millisi aprelin 1-də Lixtenşteyni məğlub etməklə Almaniyaya bir qədər də yaxınlaşmağın planını cızdığı halda, Azərbaycan iyunun 6-da öz meydanında Uelslə oyuna yaxşı hazırlaşmaq üçün kifayət qədər zamana malikdir.

Son xəbərlər