Maradonanın acı günü

Maradonanın acı günü
XƏBƏR 20 Noyabr 2011 / 13:31 2013
-  A +

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın anası dünyasını dəyişib.

Qol.Az-ın məlumatına görə, argentinalıların “Dona Tota” olaraq tanıdıqları Dalma Salvadora Franko 81 yaşında ürək tutmasından vəfat edib.

Anasına və qızlarına xüsusi sevgisi olan Maradona  “Dona Tota”nın səhhətinin pisləşməsi xəbərini Dubayda alıb və dərhal Argentinaya qayıtmaq qərarı verib. Acı xəbəri isə Maradona təyyarədə alıb.

Qeyd edək ki, Maradonanın anasının xatirəsi Argentina çempionatın bəzi oyunlarında bir dəqiqəlik sükutla anılıb. 

Son xəbərlər