Amit Quluzadə oynadı, komandası qələbə qazandı

Amit Quluzadə oynadı, komandası qələbə qazandı
XƏBƏR 19 Noyabr 2011 / 20:16 2330
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu "Kayseri Erciyesspor" klubu Bank Asyada növbəti görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi bu tur səfərdə "Qaziantep BB" ilə qarşılaşıb.

İlk hissədə hesabda geri düşən "Kayseri Erciyesspor" fasilədən sonra oyunda dönüş yarada bilib. İkinci hissədə 3 qol vuran Amitin komandası səfərdən 3 xalla dönüb - 3:1.

Qeyd edək ki, "Kayseri Erciyesspor"un baş məşqçisi Fikrət Yılmaz Amitə start heyətində şans versə də fasilədən sonra onu əvəzləyib. Cəmi 45 dəqiqə meydanda olan həmyerlimizin əvəzinə bərabərlik qolunun müəllifi Vilim Posinkoviç meydana daxil olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner