"Futbolçular verilən tapşırıqları yerinə yetirdilər"

XƏBƏR 19 Noyabr 2011 / 19:24 1590
-  A +

Premyer Liqanın XIII turunda öz meydanında "Kəpəz"i qəbul edən paytaxtın AZAL klubu rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qol.Az-ın məlumatına görə, AZAL klubunun məşqçisi Rafiq Mirzəyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlər bağlı fikirlərini bölüşüb:

"Gəncədə futbolun bərpa olunması sevindiricidir. Komandaya Mehman Allahverdiyev rəhbərlik edir. Gəncə şəhəri həmişə yaxşı futbolçular yetişdirib. Bu oyunda qələbə bizə çox lazım idi. 90 dəqiqə əzmkar oyun göstərdik. Futbolçular verilən taktiki tapşırıqları yerinə yetirdilər. “İnter”lə oyuna bundan da yaxşı hazırlıaşacağıq".


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner