Mehman Allahverdiyev: "Futbolda belə şeylər olur"

Mehman Allahverdiyev: "Futbolda belə şeylər olur"
XƏBƏR 19 Noyabr 2011 / 19:18 1757
-  A +

Premyer Liqanın XIII turunda səfərdə AZAL-ın qonağı olan "Kəpəz" klubu meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Qol.Az-ın məlumatına görə, "Kəpəz" klubunun baş məşqçisi Mehman Allahverdiyev oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı bunları deyib:

"AZAL-ı qələbə münasibəti ilə təbrik edirəm, üstün oynadılar, layiqli qələbə qazandılar. Əsas məqsədimiz qol buraxmamaq idi. Lakin birinci qolda qapıçı topu əlindən buraxdı, qol oldu. AZAL da, “Qəbələ” də “qara zolağa” düşmüşdü, futbolda belə şeylər olur”.


Son xəbərlər