“Fikrimcə, dünənki oyunda komandamız elə də pis oynamadı. Bu oyun gələcəyə nikbin baxmağa əsas verir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri dünən keçirilən Rusiya - Azərbaycan oyununa münasibət bildirərkən, “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. Lakin Ponomaryov bildirib ki, komandamız həddindən artıq müdafiəyəmeylli oynayıb: “Futbolçularımız bir qədər psixologiyalarını dəyişməlidirlər. Onlarda qələbəyə inam hissi olmalıdır. Hər oyunda müdafiə olunmaqla az qol buraxmaq olar. Amma hücuma da daha çox diqqət yetirmək lazımdır. Çünki qol vurmadan oyunda qalib gəlmək qeyri-mümkündür. İstənilən halda, komandamız pis təsir bağışlamadı. Düzdür, boşluqlar var idi. Vüqar Nadirov, Vaqif Cavadov topu özlərində bir qədər çox saxlamaqla, rəqib qapısı qarşısında daha təhlükəli hücumlar qura bilərdilər. Fikrimcə, Vüqarın yerində Rahid Əmirquliyevi oynatmaq mümkün idi. Çünki Vüqar hücuma daha çox yönəldiyindən, müdafiənin sol cinahında bəzən boşluqlar yaranırdı. Lakin Rahid eyni zamanda hücuma dəstək verməklə yanaşı, həm də arxa xəttə lazımı qədər kömək edir. Bununla belə, bir daha deyirəm ki, komandamız yaxşı mübarizə apardı. Qarşıdakı oyunlarda uğurlu nəticəyə ümid etmək olar”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"