Türkiyə Futbol Federasiyasının rəsmisi saxlanıldı

Türkiyə Futbol Federasiyasının rəsmisi saxlanıldı
XƏBƏR 19 Noyabr 2011 / 14:11 1477
-  A +

Türkiyə futbolunda danışlımış oyunlarla əlaqədar istintaq davam edir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün səhər Türkiyə Futbol Feredasiyasının (TFF) binasında danışılmış oyunlarla əlaqədar araşdırma aparılıb.

İstintaqın ardından Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Göksel Gümüşdağ şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsi alınmaq üçün Polis İdarəsinə aparılıb. TFF rəsmisi əvvəlcə tibbi müayinədən keçirilib.

Qeyd edək ki, Gümüşdağın TFF-nın sabiq prezidenti Mahmud Özgenərin dönəmində saxta transferlər həyata keçirməsində günahlandırılır.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner