"İmarət" fan klubu ad gününü qeyd edir

"İmarət" fan klubu ad gününü qeyd edir
XƏBƏR 19 Noyabr 2011 / 12:47 1786
-  A +

Bu gün “İmarət” fan klubunun 2 yaşı tamam olur.  “Qarabağ” futbol komandasına dəstək üçün  təsis edilmiş 2 yaşlı fan klub  qısa vaxt ərzində fanklublar arasında seçilməyi bacardı.

Fan klubun idarə heyətinin üzvü Qabil Hüseynov bu zamanadək gördükləri işlər haqda danışıb: “Fan-klubumuzun fəaliyyətə başlaması 2009-cu ilə təsadüf edir. Biz o vaxt düşündük ki, “Qarabağ” komandası Ağdamın işğalından sonra demək olar ki, bütün oyunlarını səfərdə oynayır. Bunun üçün bizə yeganə Qarabağ yadigarı olan əziz komandamızı dəstəkləmək üçün birləşməyi qərara aldıq. Sıralarımıza qoşulan gənclərin hər biri savadlı, sağlam düşüncəli və vətənpərvər gənclərdir. "Qarabağ" adını təkcə futbolda deyil, hər yerdə dəstəkləməyə çalışırıq. Bu gün bizimlə “Qarabağ”ın oyununa gələn yoldaşların sabah müharibə olsa, hamılıqla silahı götürüb bizə qoşulacaqlarına şübhəmiz yoxdur”.

Qol.Az saytı “İmarət” fan klubunun 2 yaş münasibətilə təbrik edir.

2 yaşınız xeyirli və uğurlu olsun əziz “imarət”çilər!

Son xəbərlər