Milli komandanın baş məşqçisi sərxoşluğa görə qovuldu

Milli komandanın baş məşqçisi sərxoşluğa görə qovuldu
XƏBƏR 19 Noyabr 2011 / 00:22 1718
-  A +

Futbol üzrə Çernoqoriya milli komandasının baş məşqçisi Zlatko Krançar alkoqoldan asılılığı ram edə bilmədiyi üçün istefaya göndərilib.

Qol.Az-ın məlumatına görə, bu barədə Çernoqoriya Futbol Federasiyasının prezidenti Deyan Saviçeviç açıqlama verib.

Saviçeviç bildirib ki, Krançarın bu problemini gizlətmək üçün böyük qüvvə sərf etməli olublar. Məhz Krançarın tez-tez sərxoşluq etməsi onun qovulmasına səbəb olub.

Qeyd edək ki, Zlatko Krançar sentyabrda Avropa çempionatının seçmə qrup matçında Uelsə 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Yeni baş məşqçi Branko Brnoviçin rəhbərliyi altında Çernoqoriya yığması Çexiyaya 0:2 və 0:1 hesabı ilə uduzaraq, 2012-ci ildə Ukrayna və Polşada təşkil olunacaq final mərhələsindən kənarda qalıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner