Anri yenidən "Arsenal"a qayıtdı

Anri yenidən "Arsenal"a qayıtdı
XƏBƏR 19 Noyabr 2011 / 00:08 2475
-  A +

Fransa milli komandasının sabiq futbolçusu Tyerri Anri İngiltərə “Arsenal”ına qayıdıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu ABŞ-ın “Nyu-York Red Bull” komandasında çıxışlarını başa vurub.

O, İngiltərəyə qayıtmağı qərara alıb. "Topçular"ın baş məşqçisi Arsen Venger bu haqda belə danışıb: “Anri məşqlərimizə qoşuldu. O, sadəcə, formada qalmaq istəyir. Anri “Arsenal”a qayıtmaqdan daim məmnundur. Biz də buna daim sevinirik və o, burada özünü evindəki kimi hiss edə bilər”.

Qeyd edək ki, Tyerri Anri 1999 – 2007-ci illərdə “Arsenal”ın şərəfini qoruyub. O, 254 matçda 174 qol vurub.


Son xəbərlər