Abdullah Avcını Arif Ərdəm əvəzlədi

Abdullah Avcını Arif Ərdəm əvəzlədi
XƏBƏR 18 Noyabr 2011 / 17:35 1798
-  A +

Abdullah Avcının futbol üzrə Türkiyə milli komandasının sükanı arxasına keçməsindən sonra boşalan “İstanbul BB” klubunun baş məşqçi postuna Arif Ərdəm gətirilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qalatasaray”ın sabiq futbolçusu son 6 mövsümdə Avcının köməkçisi kimi çalışıb.

Ərdəmə Zafer Turan kömək edəcək. “İstanbul BB” sabiq baş məşqçisinin “ay-ulduzlular”a təyinatından qürur duyduqlarını vurğulayaraq, ona yeni vəzifədə uğurlar arzulayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner