"Neftçi" sabah Qəbələyə yola düşəcək

"Neftçi" sabah Qəbələyə yola düşəcək
XƏBƏR 18 Noyabr 2011 / 12:41 1138
-  A +

"Neftçi" Unibank Premyer Liqasının XIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edəcəklər.
 
Paytaxt təmsilçisi noyabrın 19-da Qəbələyə yollanacaq. "Neftçi" sabah matçın baş tutacağı stadionda məşq keçəcək.
 
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da başlanacaq.

 


Son xəbərlər