Ronaldo: "Əsas hədəfimiz "Barselona"nı qabaqlamaqdır"

Ronaldo: "Əsas hədəfimiz "Barselona"nı qabaqlamaqdır"
XƏBƏR 18 Noyabr 2011 / 01:09 1701
-  A +

"Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldo La Liqanın növbəti turunda qarşılaşacaqları "Valensiya" ilə oyunöncəsi fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu bu mövsüm əsas hədəflərinin əzəli rəqibləri "Barselona"nı qabaqlamaq olduğunu bildirib:

"Bu mövsüm "Real"ın əsas hədəfi "Barselona"nı qabaqlamaqdır. Hazırda hər şey qaydasında gedir və biz turnir cədvəlində "Barselona"dan öndəyik. Təbii ki, bu da bizə əlavə güc verir.

"Real" son oyunlarda yaxşı təsir bağışlayır. Çünki biz meydanda sonadək mübarizə aparırıq. Lakin hər kəs başa düşür ki, "Valensiya" ilə oyun heç də asan olmayacaq. Ona görə də bu görüşə ciddi yanaşırıq".


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə