"Türkiyədə oynayacağım komanda Avropada çıxış etməlidir"

"Türkiyədə oynayacağım komanda Avropada çıxış etməlidir"
XƏBƏR 18 Noyabr 2011 / 00:28 2248
-  A +

Xorvatiya milli komandasının kapitanı Dariyo Sırna Türkiyədən təklif aldığını etiraf edib.

Qol.Az-ın məlumatına görə, "Şaxtyor" (Donetsk) klubunun futbolçusu "Qalatasaray" və "Beşiktaş"ın onunla maraqlandığını bildirib:

"Bir müddətdir ki, "Qalatasaray"dan təkliflər alıram. "Qalatasaray"la yanaşı, "Beşiktaş"da məni öz heyətində görmək istəyir. Ancaq mənim Türkiyədə oynayacağım komanda Avropada çıxış etməlidir.

Türkiyə futbolunu çox yaxından tanıyıram. Oradakı müdafiəçilər pis təsir bağışlamırlar, sadəcə, komanda oyununun olmaması uğursuzluğa gətirib çıxarır. Türkiyədə isə ən çox Sərvət Çətinin oyununu bəyənirəm".

 


Son xəbərlər