Puerto-Riko polisi peşəkar boks üzrə keçmiş dünya çempionu İvan Kalderonun evində 225 kq kokain aşkarlayıb.
Qol.Az-ın “BoxingScene.com”a istinadən verdiyi məlumata görə, 4–4,5 milyon dollarlıq iri narkotik partiyasını Kalderonun ölkə kənarında yerləşən Umakao şəhərindəki evindən narkotik ticarəti ilə mübarizə şöbəsinin əməkdaşları aşkarlayıb.
Boksçunun özü tapılan maddələrlə heç bir bağlılığının olmadığını söyləyib. 36 yaşlı idmançının sözlərinə görə, Umakaodakı ev ona məxsus olan bir neçə daşınmaz obyektdən biridir. Kalderonun bu evdə yaşadığı və ya icarəyə verdiyi barədə dəqiq informasiya yoxdur. Promouteri Piter Rivera isə onun günahsız olduğunu söyləyib: “Kalderon evindən narkotik tapıldığını bildikdən sonra çox təəccübləndi”.
Təsdiqlənməmiş məlumatlara əsasən, boksçunun evində axtarış ABŞ-a kokain nəqli ilə məşğul olan narkotik ticarətçisinin bu yaxınlarda Mayamidə saxlanılması ilə bağlı təhqiqat çərçivəsində aparılıb.
Qeyd edək ki, İvan Kalderon peşəkar karyerasına 2001-ci ildə başlayıb. Əvvəllər o, 47,6 kq və 49 kq çəki dərəcələrində dünya çempionu olub. Boksçu peşəkar rinqdə 38 döyüş keçirib, 6-sı nokautla olmaqla 35 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib və 1 heç-heçə edib. Kalderon sonuncu döyüşünə oktyabrın 29-da çıxıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı