“İnter”in müdafiəçisi Peter Xrappan Azərbaycana gəlməsindən, Bakı və yerli futbol haqqında təəssüratlarını bölüşüb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu “Qarabağ”la keçiriləcək oyun barədə verilən sualları da cavablandırıb:
- Öncə bilmək istərdik, “İnter”ə necə gəldin?
- “Mənim “Mattersburq”la müqaviləm başa çatmışdı və komandamı dəyişmək istəyirdim. O zaman futbol agenti mənimlə əlaqə saxlayaraq “İnter” variantını təklif etdi. Mən də Sloveniyada təlim-məşq toplanışında olan komandaya baxışa gəldim və tezliklə klubla müqavilə imzaladım.
- Buraya gəlməzdən öncə Azərbaycan və yerli futbol haqqında hər hansı bir məlumatın vardı?
- Belə bir ölkənin olduğunu bilirdim, ancaq Azərbaycan futbolu barədə, səmimi desəm, heç nə bilmirdim. Bir vaxtlar burada oynamış həmyerlim İvan Pexa mənə Azərbaycan haqqında danışmışdı, lakin o zaman hələ bilmirdim ki, tezliklə mən də bu ölkəyə gələcəyəm.
- Yeni komandaya keçən futbolçu şəraitə uyğunlaşmaqda köməyə ehtiyac duyur. “İnter”ə tez bir zamanda uyğunlaşmağına daha çox kim yardım etdi?
- Hamı mənə köməklik göstərdi, lakin hamıdan çox Bronislav Çervenka yardım etdi.
- Bəs “İnter”in daxilində hökm sürən atmosfer və kollektiv barədə nə deyə bilərsən?
-Komandada hökm sürən atmosfer həmən xoşum gəldi. Burada hər-hansı bir qruplaşma, uşaqlar arasında heç bir fikir ayrılığı yoxdur.
- Bəs Bakı şəhəri barədə təəssüratın necə oldu?
- Bakı mənim yaşadığım son məkandan - Avstriyadan çox fərqlənir. Burada digər prinsiplər, ənənələr və digər mentalitet var. Avropada tam başqadır. Lakin etiraf edim ki, Bakı şəhəri çox xoşuma gəldi.
- Bir halda ki, Avstriyanı Azərbaycanla müqayisə etdin, o zaman bu ölkələrin çempionatlarını da müqayisə etməyini xahiş edirik…
- Azərbaycanda klublar daha çox texniki futbol oynamağa üstünlük verirlər. əsasən yerlə ötürmələr etməyə çalışırlar, Avstriyadasa bir çox klublar güc futboluna meyl edirlər. Avstriya və Azərbaycan çempionatları arasında başlıca fərqlərdən biri ondan ibarətdir ki, orada əsasən yerli futbolçular oynayırlar, burada isə legionerlər üstünlük təşkil edirlər.
- Komandada artıq mövsümü yarılamısan, onun heyətində birinci dövrəni başa vurmusan və Azərbaycanın bütün komandalarını görmüsən. “İnter”in rəqibləri arasında daha çox hansı komanda səndə güclü təəssürat buraxdı? Və sənin fikrincə, bu mövsüm hansı komandalar medallar uğrunda mübarizə aparacaq?
- “Xəzər Lənkəran” və “Qəbələ” komandalarına qarşı oyunlar daha çox yadımda qaldı-bu komandalar çox ciddi və təhlükəli rəqiblərdir. Bu komandalardan başqa, fikrimcə, medallar uğrunda “Qarabağ” və “Neftçi” də mübarizə aparacaq. Ümumilikdə, bütün bu komandaların səviyyəsi təqribən eynidir.
- Növbəti turda komanda məhz “Qarabağ”la oynayacaq. Bu matç barədə nə düşünürsən?
- Yadımdadır, birinci dövrədə biz bu komandaya çətin şəraitlər üzündən məğlub olmuşduq. Belə ki, biz dəhşətli isti havada və o qədər də keyfiyyətli olmayan meydançada oynadıq və bu da, əlbəttə ki, hər iki komandaya özlərini yaxşı tərəfdən göstərməyə mane oldu. Ümid edirəm ki, hazırda daha yaxşı şəraitdə oynamaqla səviyyəli və texniki futbol sərgiləmək bizə müyəssər olacaq. Turnir cədvəli nöqteyi-nəzərindən bizə qələbə çox lazımdır, axı qalib gəldiyimiz halda və yuxarı yerlərdəki komandaların xal itirəcəkləri təqdirdə, biz daha yüksək yerə addımlaya bilərik. Bununla belə, bütün bu suallara birbaşa cavabı qarşıdakı oyun verəcək və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək.
- Komandanın daxilində hansısa revanş alımaq əhval-ruhiyyəsi mövcuddur? Digər sözlərlə, “İnter” birinci dövrədə məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırmı?
- Əlbəttə ki, biz revanş almaq istəyirik və qələbə qazanmaq niyyətindəyik. Düşünürəm ki, bu vəziyyət bizə qarşıdakı oyunda kömək edəcək.
- “İnter”lə sənin müqavilən birillik müddətə imzalanıb. Əlbəttə, indidən danışmaq hələ tezdir, amma hər halda bilmək istərdik, burada daha uzun müddətə qalmaq istərdin?
- İndiki mərhələdə məni burada istər komanda, istərsə də şərait baxımından hər şey məni qane edir. Əgər müqavilənin uzadılması barədə təklif gələrsə, əlbəttə ki, ona razılıq verərəm.
- Ampluaya görə mərkəz müdafiəçisisən. Məlumdur ki, müdafiə- “İnter”in ən güclü xəttlərindən biridir və həmin mövqedə kifayət qədər yaxşı oyunçular cəmləşib. Əsas heyətdə komandanın digər müdafiəçilərilə rəqabət aparmaq sənə çətin deyil?
- Rəqabətdən qorxmaq lazım deyil, onu alqışlamaq lazımdır. Sağlam rəqabət həmişə karyera yüksəlişinə və tərəqqiyə təkan verir. Hər kəs sübut etməyə çalışır ki, o yaxşıdır və bu, həm futbolçulara, həm də komandaya müsbət təsir göstərir.
- “İnter”in qarşısına həmişə yüksək tapşırıqlar qoyulur. Sənin zənnincə, bu mövsüm komanda çempionluğa nail ola bilərmi?
- Düşünürəm ki, biz buna qadirik. Hazırda yaxşı çıxış edirik və hər şey belə ruhda davam edərsə, o zaman, mənim fikrimcə, biz hədəflərimizə çata bilərik.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı