Daha bir azərbaycanlı London olimpiadasına vəsiqə qazandı

Daha bir azərbaycanlı London olimpiadasına vəsiqə qazandı
XƏBƏR 17 Noyabr 2011 / 15:18 2037
-  A +

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vahid Nəzərov 2012-ci il London Yay Olimpiya Oyunlarına beynəlxalq dərəcəli hakim qismində təyinat alıb. Bu haqda Lent.az-a Nəzərovun özü bildirib.

52 yaşlı mütəxəssisin sözlərinə görə, olimpiadaya təyinat ona noyabrın 13-də Fransanın paytaxtı Parisdə başa çatan dünya çempionatında verilib. Nəzərov çempionata hakim qismində qatılıb.
 
O bildirib ki, Londona keçmiş SSRİ respublikalarından cəmi 5 ədalət təmsilçisi yollanacaq. Hakimlər Azərbaycandan əlavə Rusiya, Ukrayna, Belarus və Qazaxıstanı təmsil edirlər.

Qeyd edək ki, Vahid Nəzərov olimpiadayadək bir neçə nüfuzlu beynəlxalq yarışa da qatılacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner