Əlcəzair Futbol Federasiyası Kamerunu şikayət etdi

Əlcəzair Futbol Federasiyası Kamerunu şikayət etdi
XƏBƏR 17 Noyabr 2011 / 13:45 1636
-  A +

Əlcəzair Futbol Federasiyası (ƏFF) Kamerun milli komandası haqda FİFA-ya şikayət edib.

Qol.Az-ın məlumatına görə, buna Kamerun millisinin futbolçularının iki gün öncə Əlcazair yığması ilə keçirilməli olan yoldaşlıq matçına çıxmamaları səbəb olub.

Bu barədə açıqlama verən ƏFF isə "Əlcəzair - Kamerun matçının təxirə salınması səbəbindən dəymiş zərərin təzminatı üçün əlimizdən gələni edəcəyik. Bir milli komandanın futbolçularının meydana çıxmaması isə qəbul edilməz və xoşagəlməz hadisədir. Bu, futbolçulara yaraşmayan bir hərəkətdir" - deyə bildirib.

Qeyd edək ki, Kamerun milli komandasının futbolçuları Əlcəzairlə keçiriləcək yoldaşlıq oyunuöncəsi onlara vəd edilən mükafatın verilməməsi səbəbindən meydana çıxmaqdan imtina etmişdilər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner