Eto'O: "Biz "Barselona" kimi olmaq istəyirik"

Eto
XƏBƏR 17 Noyabr 2011 / 00:53 1754
-  A +

"Anji" klubunun hücumçusu Samuel Eto'O komandasının "Mançester Siti" kimi böyüməsini istəmədiyini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, kamerunlu futbolçu "Barselona" kimi oynamaq istədiklərini və Kataloniya klubunu özləri üçün örnək aldıqlarını bildirib:

"Hazırda "Barselona" klubu özünün ən pik nöqtəsindədir. Biz də onlar kimi olmaq istəyirik və bu komandanı özümüzə örnək almışıq. Bunun üçün bizə hər cür şərait yaradılır.

İnsanlar daha çox pul xərclədiyimiz üçün bizi "Mançester Siti" ilə müqayisə edirlər. Ancaq bu doğru deyil. "Anji"nin əsas hədəfi Avropada böyük uğurlar qazanmaqdır".


Son xəbərlər