Unibank Premyer Liqanın IX turunda “Neftçi” ilə oyun zamanı qırmızı vərəqə alaraq 4 oyunluq cəzalandırılan “İnter”in yarımmüdafiəçisi Samir Zərgərov baş hakim Elçin Məmmədovun bu qərarı haqda danışıb:
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Samir hakimin qərarı ilə razılaşmadığını açıqlayıb:
"Bilirsiniz, mən hakimi təhqir etmədim, amma buna baxmayaraq, mənə qırmızı vərəqə göstərildi və ehtiyat oyunçular skamyasından uzaqlaşdırıldım. Baş hakim protokolda göstərmişdi ki, mən onu təhqir etmişəm, ancaq bu, doğru deyil. İntizam Komitəsinin qərarı məni çox məyus etdi. Axı, mən heç kimi vurmamışdım, xəsarət yetirməmişdim və ümumiyyətlə, qaydaları pozmamışdım, ancaq məni kifayət qədər uzun müddətə - 4 oyunluq diskvalifikasiya etmək qərarına gəldilər.
Mənə ağır gəlir ki, cəzanın yüngülləşdirilməsi barədə təqdim etdiyimiz apellyasiya şikayətimizə də baxmadılar. Demək istərdim ki, son zamanlar məndən də ağır qayda pozuntularına yol vermiş bəzi futbolçulara güzəştə gedirlər. Lakin mənə gəldikdə bunu etmədilər. Təəssüf ki, buna görə tam bir ay oynamadım, ancaq daha kədərlisi odur ki, mən ədalətsiz yerə cəzalandırıldım".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı