Mario Balotelli İtaliya formasını səhv geyindi

Mario Balotelli İtaliya formasını səhv geyindi
XƏBƏR 17 Noyabr 2011 / 00:01 2350
-  A +

İtaliya milli komandasının hücumçusu Mario Balotelli yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, gənc futbolçu Uruqvayla keçirilən yoldaşlıq görüşündə İtaliya millisinin formasını səhv geyinib.

İtaliya milli komandası AÇ-2012-nin final mərhələsinin oyunları üçün hazırlanan yeni formalarını ötən gün Ururqvaya qarşı görüşdə ilkdəfə geyinib. Bütün futboçular kimi ilk hissədə yeni forma ilə oynayan Balotelli fasilədən sonra İtaliyanın əvvəlki forması ilə meydana çıxıb.

Hər kəsin diqqətindən yayınan bu formanın yanlış olduğunu matçın baş hakimi ayırd edib. İkinci hissənin əvvəllərində rəqibi ilə mübarizədə qaydanı pozan Balotelliyə sarı vərəqə göstərən referi futbolçunun adını qeyd edərkən formanın yanlış olduğunun fərqinə varıb.

Qeyd edək ki, İtaliya - Uruqvay matçı 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 

 


Son xəbərlər