“AtaHoldinq” ilk beynəlxalq yoldaşlıq görüşünü keçirdi

“AtaHoldinq” ilk beynəlxalq yoldaşlıq görüşünü keçirdi
XƏBƏR 16 Noyabr 2011 / 17:00 2126
-  A +

“AtaHoldinq” ASC  futbol üzrə  ilk beynəlxalq yoldaşlıq  görüşünü Şərqi Avropada və Rusiyada neft-kimya sənayesinin lideri olan “Sibur Holdinq” ilə keçirib. Qol.Az-a “AtaHoldinq”in mətbuat xidmətindən verilən məlumata görə, 13 noyabr  tarixində iki holdinqin  komandaları arasında  mini futbol matçı baş tutub. Yoldaşlıq oyunu komandaların qızğın mübarizəsi ilə yadda qaldı. Komandalar oyundan sülhlə ayrılıblar: 5:5
  
Matçın sonunda komandalara kuboklar və hədiyyələr təqdim olundu. Rusiya komandasına kuboku “AtaHoldinq” ASC-nin İdarə Heyətinin Sədr müavini Adıgözəl Ağayev, Azərbaycan komandasına isə “AtaBank” ASC-nin İdarə Heyətinin Sədri İltifat Ağayev təqdim etdilər.

“AtaHoldinq” ASC-nin İdarə heyətinin sədri Fərid Əsədov keçirilmiş yoldaşılq görüşü barədə bunları bildirib: “ Rusiyanın “Sibur Holdinq” şirkətinin eyni adlı komandası  ilə keçirdiyimiz mini futbol oyunu  bizim ilk beynəlxalq yoldaşlıq görüşümüz idi. Bundan sonra “AtaHoldinq” komandası ayrı-ayrı ölkələrin qabaqcıl şirkətlərinin komandaları ilə  belə görüşləri davam etdirmək niyyətindədir. Məqsədimiz yoldaşlıq oyunları zamanı qazanılan  dostluğu sonradan biznes sahəsində davam etdirməkdir. Digər tərəfdən bu tədbirlər  ölkəmizin və holdinqimizin dünyada daha da tanıdılmasına, imiclərinin artırılmasına xidmət edir”.

“Sibur Holdinq”in  baş direktoru  Dmitriy Konov isə öz növbəsində keçirilmiş oyun barəsində bunları deyib: “Azərbaycanın qabaqcıl holdinqinin komandası ilə oynamaq bizim üçün çox xoş idi. Yoldaşlıq görüşü bizim Azərbaycandakı dostlarımızın sayını xeyli çoxaltdı. Komandanın üzvləri işlərində olduğu kimi, oyunda da peşəkarlıq nümayiş etdirdilər. Bu görüş sayəsində Azərbaycan və onun paytaxtı Bakı ilə yaxından tanış olduq. Milli iqtisadiyyatda  yüksəliş və çoxlu sayda yeni maraqlı layihələrin həyata keçirildiyini müşahidə  etdik. Mən gələcəkdə dostluq münasibətlərinin  daha da  inkişaf edəcəyinə ümid  edirəm”.

Son xəbərlər