"Beşiktaş"dan ayrılan ulduz futbolçu "Malaqa" yolunda

"Beşiktaş"dan ayrılan ulduz futbolçu "Malaqa" yolunda
XƏBƏR 16 Noyabr 2011 / 16:45 1962
-  A +

Bir neçə gün öncə "Beşiktaş"la yollarını ayıran Quti Hernandezin yenidən La Liqada oynayacağı iddia olunur.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Qutiyə mövsümün əvvəlində bahalı transferlərlə diqqət çəkən "Malaqa" klubu "elçi" düşüb.

Hazırda klubsuz olan 35 yaşlı futbolçunun da "Malaqa"ya keçmək arzusunda olduğu bildirilir. Lakin hələlik "Malaqa" tərəfindən Qutiyə rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, 2010-cu ildə "Real" (Madrid) klubundan "Beşiktaş"a transfer olunan Quti keçirdiyi 23 oyunda cəmi 7 dəfə fərqlənib.    


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner