Türkiyə milli komandasının aparıcı futbolçuları Arda Turan, Əmrə Belözoğlu və Sabri Sarıoğlunun Xorvatiya yığması ilə ilk matçda sarı vərəqə alaraq, cavab görüşü üçün cəzalı duruma düşmələrinə dair şübhələr yaranıb.
Qol.Az-ın məlumatına görə, hər üç oyunçunun təkrar qarşılaşmanı buraxmaq niyyəti güdərək bilərəkdən qaydaları pozduğu bildirilir. Bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) da araşdırmalara başlayıb.
Baş məşqçi Quus Hiddink TFF-in yığma komandalar şöbəsinin rəhbəri Cüneyt Tanman və Okan Buruka adları çəkilən futbolçularla bağlı raport verib. Hiddinkin fikrincə, Sabri bilərəkdən sarı vərəqə almayıb, Əmrənin vərəqəsi düşündürücüdür, Arda isə qəsdən cəzalı duruma düşüb.
Federasiya rəhbərliyi bu oyunçulardan yazılı izahat istəyəcək. Hollandiyalı mütəxəssis istefa verəcəyi halda yeni baş məşqçiyə də sarı vərəqə alan futbolçular barədə bilgi veriləcək. Qəsdən kobud oynadıqları sübuta yetirilərsə, Arda başda olmaqla, onlar bir daha milliyə çağırılmayacaqlar.
Qeyd edək ki, Türkiyə yığması 2012-ci il Avropa çempionatının “pley-off” mərhələsinin ilk görüşündə Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Cavab görüşündən 0:0 hesablı heç-heçə ilə ayrılan Xorvatiya gələn il Ukrayna və Polşada keçiriləcək final mərhələsinə yüksəlib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı