"Neftçi"dən 5 cavabsız qol

"Neftçi"dən 5 cavabsız qol
XƏBƏR 16 Noyabr 2011 / 13:42 2254
-  A +

Bakının "Neftçi" klubu Unibank Premyer Liqasının XIII turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə "Neftçi"nin əsas və əvəzedici komandaları arasında yoxlama görüşü olub.

Klubun bazasındakı meydançada baş tutan qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına isə Fərid Quliyev (3), Ruslan Əmircanov və Flavinyo imza atıb.

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 14:00-da başlanacaq.


Son xəbərlər