“Bakı” futbol klubunun uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu İtaliyada bir həftəlik səfərdə olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı bir sıra işgüzar görüşlər keçirən Kepoğlu “Boloniya”nın bazası ilə tanış olub.
Kepoğlunun səfərlə bağlı klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəsini təqdim edirik:
- İtaliyaya səfərinizin məqsədi nə idi?
- Bir neçə ay bundan əvvəl “Bakı” ilə İtaliyanın "Macron" şirkəti arasında əməkdaşlığa dair rəsmi müqavilə imzalanıb. Həmin şirkətin nümayəndələri tərəfindən “Bakı” klubunun rəhbər şəxsləri ilə birgə, bu ölkəyə dəvət edilmişdik. Bilirsiniz ki, AFFA-nın təşkil etdiyi pro kateqaoriyalı kurslarda iştirak edirəm. Bu kateqoriyanı almaq üçün UEFA-nın əsas şərtlərindən biri məşqçinin 2 yüksək liqa klubunda 1 həftə təcrübə keçməsidir. İtaliyaya səfərim bu baxımdan da sərfəli oldu. Seriya A klubu olan “Boloniya”nın məşqlərində iştirak etdim. Burada bir sıra şəxslərlə işgüzar görüşlərimiz oldu. Klubun prezidenti cənab Albano Guataldi ilə uşaq futbolu ilə bağlı gələcək əməkdaşlığa dair söhbət etdik. Onları Azərbaycana dəvət etdik.
- Uşaq futbolu ilə bağlı konkret hansı tədbirləri planlaşdırırsınız?
Onların nəzərinə çatdırdım ki, Azərbaycanda uşaq futboluna ciddi önəm verilir. Təmsil etdiyim klubunun Avropa standartlarına cavab verən bazası, 14 yaş qrupu üzrə komandası var. Klubun meneceri cənab Samfelike ilə görüşümüz zamanı uşaq komandalarımız arasında oyunların təşkili ilə bağlı ilkin razılaşma əldə etdik. Hazırda klubla yazışmalarımlız davam edir. Həm İtaliyada, həm də bizdə çempionatlar getdiyi üçün onların səfəri uyğun bir vaxta planlanır. Bundan başqa bizim də komanda şəklində orada qonaq olacağımız və oyunlar keçirəcəyimiz variantı müzakirə edilir. Bütün bunlar təcrübə qazanmaq baxımından çox vacibdir.
- “Boloniya” klubunun məşqlərinə qatıldınız. Onların keçdiyi məşqlə "Bakı" klubunun məşqi arasında hansı oxşar və fərqlilikləri müşahidə etdiniz?
- Komandanın baş məşqçisi Stefano Pioli məni çox isti qarşıladı. Fürsətdən istifadə edib ona təşəkkürümü bildirmək istəyirəm. Orada olduğum müddətdə əsas komandanın məşqlərinə qatıldım. Onlar daha çox dinamik, hərəkətli və sərt üslubda oynayırlar. Bizdə isə nisbətən statik məşqlərə üstünlük verilir. Onlar fiziki cəhətdən daha hazırlıqlıdır, biz isə texnikalı oyuna üstünlük veririk.
- İtaliya futbolunun dünya miqyasında tanınması Kattenaçio adlanan müdafiəyönümlü taktiki sxemlə bağlıdır. Bir məşqçi kimi italiya futbolu ilə qısa tanışlıq zamanı bunu nə dərəcədə hiss etdiniz?
- İtalyanlar çox aqressiv futbol oynayır. Məşq zamanı da çox danışırlar. Onlar komanda şəklində müdafiə olunmağı ideal şəkildə yerinə yetirir. Etiraf edim ki, istər əsas, istərsə də aşağı yaş qruplarını izləyərkən buna heyran qaldım. Biz hələ ki bu cür müdafiə qura bilmirik. Onlar qurduğu müdafiədən ideal şəkildə də çıxa bilir. Bir sözlə İtaliya futbolu çox irəli gedib.
- "Boloniya" klubunun futbol akademiyasına baş çəkdinizmi?
Klub 1909-cu ildə yaradılıb. Əla bazaları var. Düzünü desəm “Bakı”nın bazası onlarınkından daha moderndir. Buna baxmayaraq, bazalarında hər şey var. Onların 4 təbii, 2 süni örtüklü meydanları var. Bütün yaş qrupları üzrə komandaları təbii örtükdə məşq edir. Uşaqlara keçilən məşq bizim keçdiyimiz məşqlərdən o qədər də fərqlənmir. Onlar daha templi məşq edir, sürətli oyuna üstünlük verir.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu
Salah oyunun ən yaxşısı seçildi
"Şamaxı" üçün daha bir rəqib
Misir 1/8 finalda - DÇ-2026
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi