İlin ən yaxşı qadın tennisçisi açıqlandı

İlin ən yaxşı qadın tennisçisi açıqlandı
XƏBƏR 16 Noyabr 2011 / 01:14 1467
-  A +

Qadın Tennisçilər Assosiasiyasının (WTA) versiyası üzrə 2011-ci ilin ən yaxşısı adına çexiyalı Petra Kvitova layiq görülüb.

Qol.Az-ın məlumatına görə, təqvim ili ərzində Kvitova 6 fərdi turnirin, o cümlədən, Uimbldon və WTA Yekun Çempionatının qalibi olub.

Eyni zamanda o, Çexiya yığmasının Federasiya Kubokunda qələbəsində əhəmiyyətli rol oynayıb. Mövsümə WTA reytinqində 38-ci yerdə başlayan Kvitova 2-ci pilləyədək irəliləməyi bacarıb. O, yalnız danimarkalı Karolin Voznyatskini keçə bilməyib.

Qadın tennisçilər arasında ən yaxşı cütlük çexiyalı Kveta Peşka ilə sloveniyalı Katarina Srebotnik olub. İlin qayıdışı nominasiyasında qələbə almaniyalı Sabrina Lisitskiyə qismət olub. Ən gənc qadın tennisçi isə rumıniyalı İrina-Kameliya Bequ sayılıb.


Son xəbərlər