Əfqan Həmzəyev Qitələrarası kubokda

Əfqan Həmzəyev Qitələrarası kubokda
XƏBƏR 15 Noyabr 2011 / 15:46 1515
-  A +

Çimərlik futbol üzrə FİFA referisi Əfqan Həmzəyev beynəlxalq turnirə dəvət olunub. 

Qol.Az-ın məlumatına görə, Həmzəyev Beynəlxalq Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə noyabrın 21-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Qitələrarası kubok yarışanda iştirak edəcək.

Bundan əlavə, 18-19 noyabr tarixlərində Gürcüstanın Batumi şəhərində Əfqan Həmzəyevin iştirakı ilə seminar keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Çimərlik Futbolu Federasiyası tərəfindən Əfqan Həmzəyev Qara dəniz hövzəsi ölkələrinin çimərlik futbolu üzrə «Dostluq» kubokunun Təşkilat Komitəsinin sədri təyin olunub.


Son xəbərlər